2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 121 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Musakücə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Fərrux Tağıyev, Natiq İbrahimov və digərləri 2015-ci il yanvarın 3-də Mərkəzi Seçki Komissiyasına müraciət edərək 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 21/104 saylı qərarının ləğv edilməsini, 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edərək Musakücə bələdiyyəsinə seçkilərin etibarsız hesab edilməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

 

Araşdırma zamanı müəyyən olunmuşdur ki, Musakücə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Fərrux Tağıyev, Natiq İbrahimov və digərləri 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində baş vermiş ciddi pozuntuları ilə əlaqədar seçki dairəsinin 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və Musakücə bələdiyyəsi üzrə seçkilərin etibarsız hesab edilməsini xahiş etmişlər.

 

70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 21/104 saylı qərarı ilə həmin müraciət təmin edilməmişdir.

 

Araşdırma prosesində Musakücə bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Fərrux Tağıyev, Natiq  İbrahimov, Hidayət Ağayev, Tərlan Abbaszadə, Allahşükür Abıyev, Rafiq Eynullayev, Yusif Qəmbərov və Şirməmməd Abuzərovdan, həmçinin  34 saylı məntəqə seçki komissiyasının sədri Surəddin Qulamov, 35 saylı məntəqə seçki komissiyasının sədri Rizvan Rzayev və digər seçki subyektlərindən izahatlar alınmış, seçki günü səsvermə başa çatdıqdan sonra səslərin sayılması zamanı baş vermiş qanun pozuntuları barədə tərtib edilmiş aktlar və digər sübutlar əldə edilmişdir.

 

Toplanmış izahatlar və digər araşdırma materiallarına əsasən müəyyən edilmişdir ki, 2014-cü il dekabrın 23-də səsvermə başa çatdıqdan sonra səslərin hesablanması aparılarkən bəzi qeydə alınmış namizədlərin və seçicilərin 34 və 35 saylı seçki məntəqələrində ictimai asayişi pozmağa cəhd halları baş vermiş, bununla bağlı müvafiq məntəqə seçki komissiyaları səslərin sayılmasını dayandırmış və polis əməkdaşlarını dəvət edərək onların mühafizəsi ilə səsvermə bülletenləri və digər seçki sənədləri dairə seçki komissiyasına aparılaraq səslərin hesablanması prosesi dairə seçki komissiyasında davam etdirilmiş və səsvermənin nəticələrinə dair protokol tərtib edilmişdir.

 

Qeyd edilən hallar 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının hazırda mübahisələndirilən 28 dekabr 2014-cü il tarixli 21/104 saylı qərarında da öz əksini tapmışdır.

 

Seçki günü səslərin hesablanması prosesində seçki dairəsinin 34 və 35 saylı seçki məntəqələrində baş vermiş qanun pozuntusu qeydə alınmış namizədlərin və müşahidəçilərin Seçki Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını pozmaqla yanaşı, çoxsaylı seçicilərin sərbəst iradə ifadələrini müəyyənləşdirməyi qeyri-mümkün etmişdir.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.5-ci maddəsində göstərilir ki, məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

 

70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsini əhatə edən 34 və 35 saylı seçki məntəqələrində səslərin hesablanması prosesində baş vermiş qanun pozuntuları nəticəsində seçkilərin yekunları müəyyən edilərkən seçicilərin iradəsini müəyyənləşdirmək qeyri-mümkün olduğundan, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.10-cu və 240-cı maddələrinə əsasən, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv edilməsi və bələdiyyə üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün hüququ əsaslar yaradır.

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə görə, bələdiyyə üzrə seçkilər o halda etibarsız sayılır ki , səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etsin və ya ləğv edilsin, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 23.2-ci, 106.5-ci, 106.10-cu, 112-ci, 112-1-ci, 237-ci və 240-cı maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7-ci və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1.  2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Musakücə bələdiyyəsinə qeydə alınmış namizədlər Fərrux Tağıyev, Natiq İbrahimov və digərlərinin 3 yanvar 2015-ci il tarixli 121 saylı müraciəti təmin edilsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2014-cü il tarixli 21/104 saylı qərarı ləğv edilsin.

 

2. 70 saylı Masallı şəhər seçki dairəsinin 34 və 35 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv edilsin.

 

3. 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsinə seçkilər etibarsız sayılsın.

 

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr    Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

6 января 2015, 09:01

http://www.azertag.net

31—40 из 3607

8 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об усилении государственного контроля в области импорта и производства табачных изделий и алкогольных напитков   подробно...

2 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики О предоставлении президентских премий для молодежи на 2023 год   подробно...

2 февраля 2023, 08:02

Указ Президента Азербайджанской Республики Об утверждении «Меморандума о взаимопонимании между Правительством Азербайджанской Республики и Правительством Алжирской Народной Демократической Республики относительно сотрудничества в области нефти и газа»   подробно...

2 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, отличившихся активностью в области молодежной политики   подробно...

1 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об освобождении С.З.Шахвердиева от должности прокурора Нахчыванской Автономной Республики   подробно...

26 января 2023, 15:01

Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Национальной академии авиации   подробно...

26 января 2023, 15:01

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Дж.Ахмедова орденом «Шараф»   подробно...

25 января 2023, 08:01

Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Министерством здравоохранения Азербайджанской Республики и Федеральной службой по надзору в сфере защиты прав потребителей и благополучия человека (Российская Федерация) об обеспечении эпидемиологического благополучия на территориях с приграничными природными очагами чумы»   подробно...

25 января 2023, 08:01

Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения о сотрудничестве между Министерством здравоохранения Азербайджанской Республики и Федеральной службой по надзору в сфере защиты прав потребителей и благополучия человека (Российская Федерация) в области применения Международных медико-санитарных правил (2005 год)»   подробно...

25 января 2023, 08:01

Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации об информационном сотрудничестве в области противодействия легализации (отмыванию) доходов, полученных преступным путем, и финансированию терроризма при трансграничном перемещении денежных средств и (или) денежных инструментов физическими лицами»   подробно...