“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1099-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1099-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il.
2 декабря 2014, 09:1221 ноября 2014, 09:11
Об отзыве М.М.Алиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Сирийской Арабской Республике и Ливанской Республике подробно...
21 ноября 2014, 09:11
О дополнительной поддержке обеспечения производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой и развития животноводства подробно...
21 ноября 2014, 09:11
О проведении 150-летнего юбилея генерала Алиаги Шихлинского подробно...
21 ноября 2014, 09:11
Об отзыве А.С.Шукюрова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Ливия подробно...
21 ноября 2014, 09:11
О награждении работников органов юстиции Азербайджанской Республики подробно...
21 ноября 2014, 09:11
О присвоении почетных званий сотрудникам Министерства юстиции Азербайджанской Республики подробно...
21 ноября 2014, 09:11
О присвоении высших специальных званий сотрудникам Министерства юстиции Азербайджанской Республики подробно...
20 ноября 2014, 09:11
О назначении членов Попечительского совета Бакинского международного центра мультикультурализма подробно...
20 ноября 2014, 09:11
О дополнительной поддержке развития Карабахской породы лошадей в Азербайджанской Республике подробно...
20 ноября 2014, 09:11
Участникам третьей сессии Ассамблеи государств-членов «Международной антикоррупционной академии» подробно...