"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 1

Bakı şəhəri, 10 yanvar 2014-cü il

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2011, №7, maddə 747; 2012, №8, maddələr 827, 830; 2013, №3, maddə 347, №7, maddə 886, №8, maddə 1017 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 11 oktyabr tarixli 300 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. cədvəlin 27-ci hissəsindən sonra aşağıdakı məzmunda 27-1-ci hissə əlavə edilsin:

27-1.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

16

5

 

11

 

1. 2. cədvəlin "CƏMİ" hissəsi ləğv edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

21 января 2014, 12:01

http://cabmin.gov.az/

3501—3510 из 3607

18 февраля 2014, 10:02

Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году   подробно...

18 февраля 2014, 09:02

90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне   подробно...

18 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики   подробно...

17 февраля 2014, 12:02

Министр туризма Азербайджана озадачил участников рынка   подробно...

17 февраля 2014, 09:02

Об утверждении «Концепции культуры Азербайджанской Республики»   подробно...

17 февраля 2014, 09:02

О награждении орденом «Истиглал» А.М.Пашаева   подробно...

17 февраля 2014, 09:02

О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали»   подробно...

14 февраля 2014, 15:02

ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок   подробно...

14 февраля 2014, 10:02

«Справедливость к Ходжалы» получила государственное финансирование   подробно...

14 февраля 2014, 09:02

О 100-летнем юбилее Лютфали Абдуллаева   подробно...