“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

21 января 2014, 08:01

http://www.azertag.net

3441—3450 из 3607

11 марта 2014, 09:03

О создании Министерства связи и высоких технологий Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О назначении А.М.Аббасова министром связи и высоких технологий Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики   подробно...

11 марта 2014, 09:03

О назначении Ю.А.Юсибова ректором Гянджинского государственного университета   подробно...

7 марта 2014, 15:03

В Азербайджане будет увеличено покрытие по обязательному автомобильному страхованию   подробно...

7 марта 2014, 14:03

Страховой надзор: азербайджанские страховщики нуждаются в местной рейтинговой компании   подробно...

7 марта 2014, 09:03

О присвоении почетных званий группе женщин Азербайджана   подробно...

7 марта 2014, 09:03

О награждении группы женщин Азербайджана   подробно...

7 марта 2014, 09:03

О назначении Э.Б.Гусейнова ректором Сумгайытского государственного университета   подробно...