“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportla-rının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 529; 2006, № 9, maddə 822; 2007, № 3, maddə 302; 2021, № 10, maddə 1199) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası” üzrə:
1.1. 3-cü hissədə “, dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qaydaya 1 nömrəli əlavə - “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu”nun 6-cı hissəsində “Dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın;
1.3. həmin Qaydaya 2 nömrəli əlavə - “Ərazinin radioloji-gigiyenik Pasportu”nun 14-cü hissəsinin birinci sətrində “Dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın.
2. Həmin Qərarla təsdiq edilmiş “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası” üzrə:
2.1. 1.3-cü bənd ləğv edilsin;
2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi (bundan sonra – uçot vərəqəsi) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməlidir (1 nömrəli əlavə).”;
2.3. 3-cü hissədə “idarədə” sözü “müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin;
2.4. 5-ci hissənin ikinci abzası ləğv edilsin;
2.5. 6-cı hissə üzrə:
2.5.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Fərdi şüalanma dozaları uçot vərəqəsində qeyd edilir. Uçot vərəqəsi işçi işdən azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə əlaqədar işlər aparılan başqa müəssisəyə və ya təşkilata keçməsi hallarında onun uçot vərəqəsinin surəti yeni iş yerinə verilməli, əsli isə əvvəlki iş yerində saxlanılmalıdır.”;
2.5.2. ikinci abzasa “şəxslərin” sözündən sonra “ezamiyyət müddətində aldığı” sözləri əlavə edilsin və həmin abzasda “məlumatları” sözü “məlumat” sözü ilə əvəz edilsin;
2.6. 7-ci hissə üzrə:
2.6.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Nazirliyə məlumat verir.”;
2.6.2. ikinci abzasda “Ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi idarənin müdiriyyəti” sözləri “Nazirlik müəssisənin (və ya təşkilatın) rəhbərliyi” sözləri ilə, “fərdi dozaların” sözləri “fərdi şüalanma dozalarının” sözləri ilə əvəz edilsin;
2.7. 8-ci hissədə “Yol verilən şüalanma dozası həddindən artıq doza almış şəxslər” sözləri “Müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslər” sözləri ilə əvəz edilsin;
2.8. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:
“10. Əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Nazirlik və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılır.”;
2.9. həmin Qaydaya 1 nömrəli əlavə - “İonlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi” üzrə:
2.9.1. 1-ci hissədə “İdarə, müəssisə” sözləri “Müəssisə (və ya təşkilat)” sözləri ilə əvəz edilsin;
2.9.2. 7-ci hissədə “idarədə” sözü “müəssisədə (və ya təşkilatda)” sözləri ilə əvəz edilsin;
2.9.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
11. Şüalanma dozası barədə məlumat
Ay |
Dozimetrin yerləşdiyi sahə |
İllər üzrə dozalar, mZv (millizivert) mRBE (millirengenin bioloji ekvivalenti) |
Qeyd |
||||
____-il |
____-il |
____-il |
____-il |
____- il
|
|||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
I |
əllər sinə çanaq |
|
|
|
|
|
|
II |
əllər sinə çanaq |
|
|
|
|
|
|
III |
əllər sinə çanaq |
|
|
|
|
|
|
I rüb |
|
|
|
|
|
|
|
IV |
əllər sinə çanaq |
|
|
|
|
|
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
V |
əllər sinə çanaq |
|
|
|
|
|
|
VI |
əllər sinə çanaq |
|
|
|
|
|
|
II rüb |
|
|
|
|
|
|
|
VII |
əllər sinə çanaq |
|
|
|
|
|
|
VIII |
əllər sinə çanaq |
|
|
|
|
|
|
IX |
əllər sinə çanaq |
|
|
|
|
|
|
III rüb |
|
|
|
|
|
|
|
X |
əllər sinə çanaq |
|
|
|
|
|
|
XI |
əllər sinə çanaq |
|
|
|
|
|
|
XII |
əllər sinə çanaq |
|
|
|
|
|
|
IV rüb |
|
|
|
|
|
|
|
2.10. həmin Qaydaya 2 nömrəli əlavə - “Şüalanma dozası barədə məlumat” ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziriBakı şəhəri, 7 iyul 2023-cü il
№ 222
8 июля 2023, 14:075 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О проектировании и строительстве центра ASAN xidmət в Агджабединском районе подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству, оснащению и созданию инфраструктуры мастерской по производству ковров в Билясуварском районе подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Ширван подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» сотрудников Производственного объединения «Гянджинский автомобильный завод» подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О присвоении K.Г.Назарову почетного звания «Заслуженный инженер» подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении М.С.Балакишиева орденом «Шохрат» подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О проведении 125-летия Ашуга Шамшира подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию инфраструктуры образования в Агсуинском, Исмаиллинском, Гобустанском и Шамахинском районах подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О назначении И.Ф.Искендерова на должность генерального консула Азербайджанской Республики в городе Екатеринбург Российской Федерации подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Ф.Шихалиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Индия подробно...