Azərbaycan Respublikası Prezidentinin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1251-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 29 aprel tarixli 505 nömrəli, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 417-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 25 yanvar tarixli 1208 nömrəli, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 597-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 3 iyun tarixli 1447 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1916 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli və “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 16 aprel tarixli 647 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1251-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 505 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 384; 2016, № 8, maddə 1384) 3-cü hissəsində “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 417-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 yanvar tarixli 1208 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 55) 2-ci hissəsi ləğv edilsin.
3. “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 179; 2018, № 5, maddə 933) 2-ci hissəsinin doqquzuncu və onuncu abzasları ləğv edilsin.
4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 597-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 iyun tarixli 1447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1063) 3-cü hissəsi ləğv edilsin.
5. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1008-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1916 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 667) 3-cü hissəsi ləğv edilsin.
6. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1859 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 8.3-cü bənd ləğv olunsun və aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:
“8-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 8.1.2-ci yarımbəndində və 8.2-ci bəndində nəzərdə tutulan reyestrlərin Agentliyin informasiya sisteminə inteqrasiyasını, həmin məlumatların real vaxt rejimində Agentliyə ötürülməsini və mütəmadi olaraq yenilənməsini təmin etsin.”;
6.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nin 5.2-ci bəndinin birinci cümləsindən “vergilər,” sözü çıxarılsın və həmin cümləyə “müavinindən” sözündən sonra “, Nazirliyin yanında Dövlət Vergi Xidməti rəisinin müavinindən” sözləri əlavə edilsin;
6.3. həmin Fərmanla təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
6.3.1. 1-ci, 15-ci və 24-cü hissələr ləğv edilsin;
6.3.2. 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 6 –14-cü hissələr əlavə edilsin:
“6. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması
7. kommersiya hüquqi şəxslərinin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi
8. kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması
9. fiziki şəxslərin vergi uçotundan çıxarılması
10. nəzarət-kassa aparatının qeydiyyatı və qeydiyyatdan çıxarılması
11. vergi bəyannamələrinin qəbul edilməsi
12. “ASAN imza”nın verilməsi
13. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi
14. daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı”.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; 2022, № 6, maddə, 599) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 7.1.7-ci yarımbəndin “İcraçılar” sütunundan “, Vergilər Nazirliyi” sözləri çıxarılsın;
7.2. 7.1.8-ci yarımbəndin “İcraçılar” sütununda “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;
7.3. 7.1.19-cu yarımbəndin “İcraçılar” sütunundan “, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri çıxarılsın;
7.4. 7.1.58-ci, 7.1.62-ci, 7.2.17-ci yarımbəndlərin “İcraçılar” sütununda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
7.5. 7.1.71-ci yarımbəndin “İcraçılar” sütununda “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
8. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646; 2020, № 2, maddə 99; 2021, № 6 (I kitab), maddə 591) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2-ci və 4-cü hissələrdə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
8.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.3-cü bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2022-ci il
28 декабря 2022, 15:124 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный учитель» работникам образования, отличившимся в проведении предметных олимпиад и особыми достижениями в сфере подготовки учащихся подробно...
4 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении работникам образования Азербайджанской Республики почетного звания «Заслуженный учитель» подробно...
4 октября 2022, 15:10
Распоряжение Президента Азербайджанской Республики О награждении работников образования Азербайджанской Республики медалью «Терегги» подробно...
3 октября 2022, 16:10
Распоряжение Президента Азербайджанской Республики О праздновании 150-летнего юбилея Омара Фаига Неманзаде подробно...
3 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О награждении группы лиц по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана подробно...
3 октября 2022, 14:10
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетного звания «Заслуженный деятель физической культуры и спорта» группе спортивных специалистов по случаю 50-летнего юбилея Федерации дзюдо Азербайджана подробно...
3 октября 2022, 13:10
Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентской стипендии студентам, поступившим в высшие учебные заведения Азербайджанской Республики в 2022/2023 учебном году подробно...
29 сентября 2022, 16:09
Распоряжение Президента Азербайджанской Республики Об объявлении 2023 года в Aзербайджанской Республике “Годом Гейдара Алиева” подробно...
22 сентября 2022, 13:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы села Забух Лачинского района подробно...
22 сентября 2022, 13:09
Распоряжение Президента Азербайджанской Республики О мерах по проектированию, капитальному ремонту и восстановлению здания полной средней школы номер 2 города Лачин подробно...