Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 565; 2016, № 2 (II kitab) maddə 345; 2020, № 5, maddə 602) 1.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1400) 4-cü hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli 1843 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 486; 2017, № 8, maddə 1521; 2018, № 10, maddə 2034; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3297 nömrəli Sərəncamı) 2-ci hissəsindən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” sözləri çıxarılsın.

4. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 901; 2020, № 5, maddə 602) 4.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1864; 2019, № 5, maddə 817; 2020, № 5, maddə 602) 6.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2191) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə” sözləri çıxarılsın.

7. “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 mart tarixli 2768 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 454) 3-cü hissəsindən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri çıxarılsın.

8. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyul tarixli 3120 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1455) 1-ci hissəsində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1680; 2018, № 11, maddə 2287; 2021, № 1, maddə 67, № 9, maddə 1036) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

9.2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etsin.”;

9.3. 4-cü hissə ləğv edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 260, № 11, maddə 2287; 2019, № 5, maddə 909; 2021, № 11, maddə 1235) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın 8.1.5-ci yarımbəndinin “İcraçılar” sütununda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2022-ci il

2 августа 2022, 15:08

http://www.azertag.az

3501—3510 из 3607

18 февраля 2014, 10:02

Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году   подробно...

18 февраля 2014, 09:02

90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне   подробно...

18 февраля 2014, 09:02

Распоряжение Президента Азербайджанской Республики   подробно...

17 февраля 2014, 12:02

Министр туризма Азербайджана озадачил участников рынка   подробно...

17 февраля 2014, 09:02

Об утверждении «Концепции культуры Азербайджанской Республики»   подробно...

17 февраля 2014, 09:02

О награждении орденом «Истиглал» А.М.Пашаева   подробно...

17 февраля 2014, 09:02

О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали»   подробно...

14 февраля 2014, 15:02

ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок   подробно...

14 февраля 2014, 10:02

«Справедливость к Ходжалы» получила государственное финансирование   подробно...

14 февраля 2014, 09:02

О 100-летнем юбилее Лютфали Абдуллаева   подробно...