“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 51; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861; 2018, № 12 (I kitab), maddə 2611; 2019, № 7, maddə 1245; 2020, № 1, maddə 17, № 5, maddə 565; 2021, № 6 (I kitab), maddə 591; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli və 2021-ci il 4 noyabr tarixli 1475 nömrəli fərmanları) 2.11-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə olunsun:
“2.12. həmin Qanunun 50-2.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2022-ci il
21 января 2022, 16:017 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...