“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2014-cü il.
15 июля 2014, 10:07
26 июля 2021, 16:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Э.Э.Сулейманова c должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Соединенных Штатах Америки и постоянного наблюдателя Азербайджанской Республики при Организации американских государств подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики О награждении Э.А.Гулиева орденом «Шараф» подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики О награждении М.И.Евдаева орденом «Шараф» подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Х.З.Ибрагима c должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Турецкой Республике подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Э.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Турецкой Республике подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве В.И.Садыгова c должности постоянного представителя Азербайджанской Республики в отделении ООН в городе Женева и при других международных организациях подробно...
26 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики О назначении Г.М.Исрафилова постоянным представителем Азербайджанской Республики в отделении ООН в городе Женева и при других международных организациях подробно...
23 июля 2021, 15:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Т.Т.Тагизаде c должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Соединенном Королевстве Великобритании и Северной Ирландии, Ирландской Республике, Республике Исландия и Королевстве Дании подробно...
17 июля 2021, 09:07
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Э. Мамедова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Казахстан подробно...
17 июля 2021, 09:07
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Р. Атамогланова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Казахстан подробно...