Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə, 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə, 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə və 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372; 2020, № 2, maddə 107, № 7, maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

1.2. 8.15-ci bənd üzrə:

1.2.1. 8.15.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

1.2.2. 8.15.2-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata” sözləri ilə əvəz edilsin;

1.2.3. 8.15.4-cü yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın;

1.2.4. 8.15.8-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

1.2.5. 8.15.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra “qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək,” sözləri əlavə edilsin;

1.2.6. 8.15.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.15.11. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;”;

1.2.7. aşağıdakı məzmunda 8.15.11-1-ci və 8.15.11-2-ci yarımbəndlər əlavə edilsin:

“8.15.11-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

8.15.11-2. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

1.3. 8.16-cı bənd üzrə:

1.3.1. 8.16.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

1.3.2. 8.16.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq” sözləri əlavə edilsin;

1.3.3. 8.16.5-ci yarımbəndə “vəzifə tutmaq” sözlərindən sonra “, seçkili vəzifələrə seçmək və seçilmək” sözləri əlavə edilsin;

1.3.4. aşağıdakı məzmunda 8.16.7-1-ci yarımbənd əlavə edilsin:

“8.16.7-1. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;”;

1.4. 9.10-cu bənd üzrə:

1.4.1. 9.10.2-ci yarımbənddə “ixtisas üzrə nəzəri” sözləri “dövlət təhsil standartlarına uyğun” sözləri ilə əvəz edilsin;

1.4.2. 9.10.4-cü yarımbənddən “tədris tapşırıqlarını müəyyən edilmiş müddətlərdə yerinə yetirmək,” sözləri çıxarılsın;

1.4.3. 9.10.11-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

1.4.4. aşağıdakı məzmunda 9.10.13-1-ci və 9.10.13-2-ci yarımbəndlər əlavə edilsin:

“9.10.13-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

9.10.13-2. sağlam həyat tərzi keçirmək;”;

1.5. 9.11-ci bənd üzrə:

1.5.1. 9.11.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

1.5.2. 9.11.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

1.5.3. 9.11.4-cü yarımbənddə “sağlamlıq” sözü “həyat və sağlamlığı” sözləri ilə əvəz edilsin;

1.5.4. 9.11.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.11.7. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”;

1.5.5. aşağıdakı məzmunda 9.11.8-1 – 9.11.8-4-cü yarımbəndlər əlavə edilsin:

“9.11.8-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

9.11.8-2. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

9.11.8-3. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

9.11.8-4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”;

1.6. 9.19-cu bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

1.7. 9.20-ci və 9.22-ci bəndlərə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

1.8. 9.24-cü bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198; 2019, № 3, maddə 404, № 7, maddə 1230; 2020, № 2, maddə 107, № 5, maddə 698) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.7-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci cümlədə “Universiteti bitirməsi barədə” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi –” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü cümlədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1795; 2019, № 3, maddə 404) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;”;

3.2. 9.19-cu bənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada və formada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;

3.3. 9.20-ci bəndə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;

3.4. 9.21-ci bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin;

3.5. 10.1-ci bənd üzrə:

3.5.1. 10.1.1-ci yarımbəndə “proqramlarının” sözündən sonra “(kurikulumların)” sözü və “etmək” sözündən sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə edilsin;

3.5.2. 10.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək” sözləri əlavə edilsin;

3.5.3. 10.1.5-ci yarımbənddən “, Məktəbin daxili qaydalarına əməl etməklə başqalarına şəxsi nümunə olmaq” sözləri çıxarılsın;

3.5.4. 10.1.6-cı yarımbəndə “vətənpərvərlik” sözündən sonra “və azərbaycançılıq” sözləri və “tərbiyə etmək” sözlərindən sonra “, müstəqil həyata” sözləri əlavə edilsin;

3.5.5. 10.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə” sözləri çıxarılsın və həmin yarımbəndə “cəmiyyətə” sözündən sonra “, ətraf mühitə” sözləri əlavə edilsin;

3.5.6. 10.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik davranış qaydalarına,” sözləri əlavə edilsin;

3.5.7. 10.1.12-ci yarımbəndə “çəkindirmək” sözündən sonra “, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək” sözləri əlavə edilsin;

3.5.8. aşağıdakı məzmunda 10.1.14-1 – 10.1.14-3-cü yarımbəndlər əlavə edilsin:

“10.1.14-1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

10.1.14-2. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;

10.1.14-3. Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, dəyişən heyətin təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;”;

3.6. 10.2-ci bənd üzrə:

3.6.1. 10.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər irəli sürmək” sözləri əlavə edilsin;

3.6.2. 10.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya və digər” sözləri çıxarılsın;

3.6.3. 10.2.5-ci yarımbənddə “əlavə təhsil almaq” sözlərindən sonra “və elmi dərəcəsini yüksəltmək” sözləri əlavə edilsin;

3.6.4. aşağıdakı məzmunda 10.2.8-1-ci yarımbənd əlavə edilsin:

“10.2.8-1. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;

3.7. 10.4-cü bənd üzrə:

3.7.1. 10.4.2-ci yarımbənddən “tədris tapşırıqlarını vaxtında yerinə yetirmək,” sözləri çıxarılsın;

3.7.2. 10.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara” sözləri əlavə edilsin;

3.7.3. 10.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət, ailə və özü” sözləri ilə əvəz edilsin;

3.7.4. aşağıdakı məzmunda 10.4.7-1-ci və 10.4.7-2-ci yarımbəndlər əlavə edilsin:

“10.4.7-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

10.4.7-2. sağlam həyat tərzi keçirmək;”;

3.8. 10.5-ci bənd üzrə:

3.8.1. 10.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl “mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə” sözləri əlavə edilsin;

3.8.2. 10.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;

3.8.3. 10.5.3-cü və 10.5.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“10.5.3. şərəf və ləyaqəti aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;”;

“10.5.5. Məktəbin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;”;

3.8.4. aşağıdakı məzmunda 10.5.6-1 – 10.5.6-5-ci yarımbəndlər əlavə edilsin:

“10.5.6-1. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;

10.5.6-2. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

10.5.6-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

10.5.6-4. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;

10.5.6-5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2021-ci il.

5 февраля 2021, 16:02

http://www.azertag.az

3371—3380 из 3607

2 апреля 2014, 16:04

Отменено регулирование цен на топливо экологического стандарта Евро-5   подробно...

2 апреля 2014, 16:04

Внутренний туризм в Азербайджане находится «в загоне»: он не интересен большинству туристических компаний   подробно...

2 апреля 2014, 12:04

Завершается общественное обсуждение законопроекта об аудиторской деятельности в Азербайджане   подробно...

2 апреля 2014, 09:04

PwC аудировала Национальный фонд поддержки предпринимательства за 2013 год   подробно...

2 апреля 2014, 09:04

Прекращён приём документов для регистрации недвижимости в Азербайджане   подробно...

2 апреля 2014, 09:04

О дополнительных мерах по строительству автомобильной дороги Исмаиллы-Гёйтепе-Рушан-Галынчаг Исмаиллинского района   подробно...

1 апреля 2014, 17:04

Азербайджан утверждается в статусе социального государства   подробно...

1 апреля 2014, 15:04

Министерство юстиции проводит тендер на строительство административного здания   подробно...

1 апреля 2014, 17:04

C 2015–2016 учебного года Азербайджан переходит на 35-недельную систему среднего образования и упрощает учебную программу   подробно...

1 апреля 2014, 15:04

Начат очередной конкурс на замещение вакансий на государственной службе   подробно...