“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, su təsərrüfatı pasportunun nümunəsini, tərtibi və razılaşdırılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.3. həmin Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq, istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün təmin edilməli olduqları suyun miqdarını müəyyən etsin;
1.4. beynəlxalq təcrübəni nəzərə almaqla, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” yarımbəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il.
1 июля 2014, 09:07
23 июня 2014, 09:06
Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности подробно...
23 июня 2014, 09:06
О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда подробно...
23 июня 2014, 09:06
О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики подробно...
20 июня 2014, 09:06
Об учреждении профессионального праздника «День моряка» подробно...
20 июня 2014, 09:06
О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций подробно...
19 июня 2014, 16:06
Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана подробно...
18 июня 2014, 15:06
В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц подробно...
19 июня 2014, 14:06
Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам подробно...
18 июня 2014, 09:06
Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций подробно...
17 июня 2014, 09:06
О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики подробно...