“Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2019-cu il.
11 июня 2019, 08:0617 декабря 2014, 10:12
О награждении орденом «Шараф» Ш.А.Гусейнова подробно...
17 декабря 2014, 10:12
О дополнительных мерах по ускорению социально-экономического развития Сабирабадского района подробно...
17 декабря 2014, 10:12
О мерах по строительству автомобильной дороги Суговушан-Гаралар-Гафарли-Ахмедабад-Нариманкенд-Гашимханлы Сабирабадского района подробно...
17 декабря 2014, 10:12
О награждении работников оборонной промышленности Азербайджанской Республики подробно...
17 декабря 2014, 10:12
О предоставлении Ф.И.Исмайлову персональной пенсии Президента Азербайджанской Республики подробно...
17 декабря 2014, 10:12
О присвоении работникам оборонной промышленности Азербайджанской Республики почетного звания «Заслуженный инженер» подробно...
17 декабря 2014, 10:12
Новоизбранному Президенту Швейцарской Конфедерации Ее превосходительству госпоже Симонетте Соммаруга подробно...
16 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Ш.Гаджиева подробно...
16 декабря 2014, 09:12
О присвоении Г.М.Велиевой почетного звания «Заслуженный юрист» подробно...
16 декабря 2014, 09:12
О присвоении С.Б.Асадову почетного звания «Заслуженный инженер» подробно...