“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 7, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219, № 9, maddələr 1824, 1832; № 10, maddə 2004, № 11, maddə 2271) 3-cü hissəsinin üçüncü abzasına “233-3,” rəqəmlərindən sonra “233-4,” rəqəmləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2019-cu il.

18 апреля 2019, 08:04

http://www.azertag.az

791—800 из 3607

6 декабря 2019, 07:12

Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летия Алибабы Мамедова   подробно...

6 декабря 2019, 07:12

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению реконструкции автомобильных дорог на территории Хазарского района города Баку   подробно...

6 декабря 2019, 07:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по реализации пилотных проектов в области использования возобновляемых источников энергии   подробно...

5 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.К.Мухтарова от должности главы Исполнительной власти Гаджигабульского района   подробно...

5 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Г.Халилова главой Исполнительной власти Гаджигабульского района   подробно...

5 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О назначении В.В.Новрузова главой Исполнительной власти города Нафталан   подробно...

5 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Национального музея истории Азербайджана Национальной Академии Наук Азербайджана   подробно...

5 декабря 2019, 08:12

ИМЕНЕМ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ПОСТАНОВЛЕНИЕ Пленума Конституционного суда Азербайджанской Республики О проверке соответствия Постановления Милли Меджлиса Азербайджанской Республики «Об обращении к Президенту Азербайджанской Республики в связи с назначением внеочередных выборов в Милли Меджлис Азербайджанской Республики» от 2 декабря 2019 года Конституции Азербайджанской Республики   подробно...

4 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по завершению строительства спортивного комплекса в Ярдымлинском районе   подробно...

4 декабря 2019, 08:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Э.С.Исаева от должности ректора Нахчыванского института учителей   подробно...