“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1504-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1504-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2019-cu il.
1 марта 2019, 08:032 августа 2017, 09:08
О назначении В.Р.Абдуллаева заместителем исполнительного директора Фонда страхования вкладов подробно...
1 августа 2017, 09:08
О награждении X.И. Шихсаидова орденом «Dostluq» («Дружба») подробно...
1 августа 2017, 09:08
О присвоении почетных званий деятелям кино Азербайджана подробно...
1 августа 2017, 09:08
О проведении 75-летнего юбилея Муслима Магомаева подробно...
1 августа 2017, 09:08
О награждении Ч.А.Ганизаде орденом «Шохрат» подробно...
31 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Уджар-Герайбейли-Растаджа Уджарского района подробно...
27 июля 2017, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Ени Дашкенд-Умудалылар Бардинского района подробно...
27 июля 2017, 09:07
О награждении А.И.Годжаева орденом «За службу Отечеству» 2-й степени подробно...
26 июля 2017, 09:07
О создании Гаджигабульского промышленного квартала подробно...
25 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Зиря-Тюркан Хазарского района города Баку подробно...