“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62; 2013, № 5, maddə 466, № 7, maddə 796; 2016, № 2, maddə 198; 2017, № 12 (I kitab), maddə 2264) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin ikinci hissəsinin dördüncü abzasında “gözlərinin rəngi,” sözlərindən sonra “əl-barmaq izləri,” sözləri əlavə edilsin.

2. 9.4-cü maddədə “vətəndaşa” sözü “vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

19 November 2018, 08:11

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...