“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;

Bakı Baş Gömrük İdarəsinin rəisi;

Sumqayıt Baş Gömrük İdarəsinin rəisi.”.

2. 2-ci hissə ləğv edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il.

19 November 2018, 08:11

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...