Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ni “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799) ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.2-ci yarımbənddən “və Turizm” sözləri çıxarılsın.

2. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.4-cü yarımbənd əlavə edilsin:

“3.1.4. fəaliyyət istiqamətləri üzrə (bu Əsasnamənin 3.1.1–3.1.3-cü yarımbəndlərində göstərilən sahələr istisna olmaqla) – Azərbaycan Respublikasının Gənclər Fondu.”.

3. 3.2-ci, 3.3-cü, 3.4-cü və 4.1.2-ci yarımbəndlərdə “3.1.3” rəqəmləri “3.1.4” rəqəmləri ilə əvəz edilsin.

4. 4.2-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun” sözləri ilə, “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2018-ci il.

23 May 2018, 08:05

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...