“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 778; 2014, № 10, maddə 1163; 2017, № 6, maddə 1027, № 7, maddə 1257; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 830-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.17-ci maddə ləğv edilsin.
2. 7.3-cü, 7.5-ci, 12.3-cü maddələrdə, 16.1-ci maddənin ikinci cümləsində, 18.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum” sözləri ilə əvəz edilsin.
3. 7.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə xidmət haqqı alınır.”.
4. 7.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının əldə olunması və saxlanılması dövlət büdcəsi hesabına həyata keçirilir.”.
5. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.2. Ölçmə vasitələrinin yoxlanılması “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il.
6 April 2018, 08:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...