Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.23-1-ci bənd əlavə edilsin:

“9.23-1. vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin aparılmasını, satışa çıxarılan əmlakın aktual elektron bazasının yaradılmasını təmin etmək, habelə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, eləcə də siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurlarının sifarişləri barədə rüblük məlumatı hər rüb başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi formada təqdim etmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2017-ci il.

6 October 2017, 09:10

http://www.azertag.net

61—70 of 75

10 December 2014, 10:12

H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation   more...

10 December 2014, 10:12

H.E. Mr. Boni Yayi, President of the Republic of Benin   more...

10 December 2014, 10:12

His Majesty Philippe, the King of Belgium   more...

10 December 2014, 10:12

His Majesty Mohammed VI, the King of Morocco   more...

10 December 2014, 10:12

H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru   more...

10 December 2014, 10:12

H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

10 December 2014, 10:12

H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia   more...

10 December 2014, 10:12

H.E. Mr. Xi Jinping, President of the People's Republic of China   more...

10 December 2014, 10:12

H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union   more...

10 December 2014, 09:12

His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran   more...