“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361; 2015, № 11, maddə 1294; 2016, № 3 maddə 413) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.4-1-ci maddədə “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərin aktivlərinin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan” sözləri “bütün fiziki və ya hüquqi şəxslər, o cümlədən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər, habelə dövlət qurumları bu Qanunun 11-1.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin təxirəsalınmadan və bu Qanunun 7.2.5-ci maddəsində göstərilən şəxslərə xəbərdarlıq etmədən” sözləri ilə əvəz edilsin.
2. 11-1.4-cü maddədə “hüquqi şəxslər” sözlərindən sonra “, yaxud dövlət qurumları” sözləri əlavə edilsin.
3. 19-1.1-ci maddədə “7.2.5-ci” sözləri “11.4-1-ci” sözləri ilə əvəz edilsin.
4. 19-1.2-ci maddədə “dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün həmin məlumatı verən monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə, digər nüsxəsi isə müvafiq sənədlərlə birlikdə” sözləri “ilkin dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün aidiyyəti monitorinq iştirakçılarına, monitorinqdə iştirak edən digər şəxslərə və ya dövlət qurumlarına, digər nüsxəsi isə təxirəsalınmaz tədbirlərin görülməsi və araşdırmanın aparılması üçün” sözləri ilə əvəz edilsin;
5. aşağıdakı məzmunda 20-1-ci maddə əlavə edilsin:
“Maddə 20-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirir və dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il.
1 June 2017, 09:0625 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...