“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, №23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №1, maddə 6, №3, maddə 226, №4, maddə 280; 2000, №7, maddə 489; 2001, №11, maddə 686, №12, maddə 736; 2002, №5, maddələr 241, 248; 2003, №1, maddələr 1, 16, №12, I kitab, maddə 673; 2006, №8, maddə 657; 2007, №8, maddə 745, №10, maddə 938; 2008, №2, maddə 49, №5, maddə 348; 2010, №4, maddə 276; 2013, №11, maddə 1283) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin birinci hissəsinin on dördüncü abzasında “sığorta” sözündən əvvəl “könüllü” sözü əlavə edilsin;

2. 11-ci maddənin 5-ci hissəsinin üçüncü abzasında “qanunvericilikdə” sözü “qanunla” sözü ilə əvəz edilsin;

3. 15-ci maddədə “qanunvericiliyə” sözü “qanuna” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 aprel 2014-cü il.

 

23 April 2014, 09:04

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...