Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 51s nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyəti 2016-cı ilin sonunda başa çatdığı üçün bu sahədə işlərin davam etdirilməsi 2017-ci ildən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın:

2.1. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi işini davam etdirmək məqsədi ilə Komitənin aparatının mövcud ştat sayı dairəsində İşçi Qrupu yaratsın;

2.2. həmin İşçi Qrupunun tərkibinə mövcud İşçi Qrupuna daxil olan mütəxəssisləri və aidiyyəti dövlət orqanlarının nümayəndələrini cəlb etsin;

2.3. yeni yaradılacaq İşçi Qrupu tərəfindən əraziləri işğal olunmuş rayonlarla yanaşı, 1988-1992-ci illərdə Ermənistan Respublikasından deportasiya olunmuş azərbaycanlılara dəymiş ziyanın hesablanmasını da təmin etsin;

2.4. münaqişə nəticəsində dəymiş ziyan, itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədi ilə beynəlxalq konfransların keçirilməsini, qısametrajlı filmlər çəkilib göstərilməsini, müxtəlif dillərdə kitabların, bukletlərin hazırlanmasını və yayılmasını təşkil etsin;

2.5. görülən işlər barədə hər ilin sonunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.

3. İşçi Qrupunun fəaliyyəti ilə əlaqədar bütün xərclər Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatının saxlanılması xərcləri dairəsində həyata keçirilsin.

4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu, fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaiti hesabına alınmış invertar və avadanlıqların Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilməsini təmin etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 24 fevral 2017-ci il.

27 February 2017, 09:02

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...