“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 noyabr 2015-ci il.

ndFragment--> =MsoNormal>Bakı şəhəri, 1 noyabr 2015-ci il.

 

3 November 2015, 09:11

http://www.azertag.net

51—60 of 75

6 May 2015, 09:05

Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany   more...

6 May 2015, 09:05

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

6 May 2015, 09:05

His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran   more...

6 May 2015, 09:05

His Holiness Pope Francis   more...

6 May 2015, 09:05

His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore   more...

6 May 2015, 09:05

H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic   more...

6 May 2015, 09:05

His Excellency Mr Michael Higgins, President of Ireland   more...

10 December 2014, 09:12

H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands”   more...