“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinin onuncu abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Özəlləşdirilən dövlət əmlakı yerli əhəmiyyətli memarlıq abidəsi olduqda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həmin qərarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırır. ”.
2. Həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci cümləsinə “icarə müqaviləsi” sözlərindən sonra “, icarəyə verilən obyekt dövlət mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi və ya onun ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) olduqda, elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələrinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2015-ci il.
17 September 2015, 09:0928 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...