2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması və Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/130 saylı qərarı ilə qeydə alınmış səlahiyyətli nümayəndənin qeydiyyatının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokrat Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Bundan başqa Azərbaycan Demokrat Partiyası Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/130 saylı qərarı ilə səlahiyyətli nümayəndə kimi qeydə alınmış Nizam Türbət oğlu Qənbərlinin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1 səlahiyyətli nümayəndə:
Səttarov Zakir Zeynulla oğlu
1.2 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Rəfiyeva Turalə Əli qızı
Həşimov Famil Rahib oğlu
Soltanova Nazilə Cahangir qızı
Baqqayev Hacıhəmzət Məmməd oğlu
Tağıyev Elxan Möhübbət oğlu
2. Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi Nizam Türbət oğlu Qənbərlinin qeydiyyatı ləğv olunsun.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 September 2015, 09:0928 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...