2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması və Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/125 saylı qərarı ilə qeydə alınmış səlahiyyətli nümayəndənin qeydiyyatının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Bundan başqa Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/125 saylı qərarı ilə səlahiyyətli nümayəndə kimi qeydə alınmış Abdullayeva Ülkər İsmayıl qızının qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Nəbiyev Ceyhun Əlyəsər oğlu
Muradov Saleh Saleh oğlu
Məmmədov Seymur Rafiq oğlu
Quliyev Aydın Bəşir oğlu
Babaşov Valeh Nurəddin oğlu
Nəbiyev Tural Bahadur oğlu
2. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Abdullayeva Ülkər İsmayıl qızının qeydiyyatı ləğv edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 September 2015, 09:0910 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...