“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006,№ 9, maddə 743; 2014,№ 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:
Komissiyanın sədri
|
||
Elmar Məmmədyarov |
– |
Azərbaycan Respublikasının xarici işlər naziri
|
Komissiya sədrinin müavinləri
|
||
Akif Əlizadə |
– |
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
|
Mikayıl Cabbarov |
– |
Azərbaycan Respublikasının təhsil naziri
|
Əbülfəs Qarayev
|
– |
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
|
Əli Abbasov |
– |
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
|
Komissiyanın üzvləri
|
||
Kamal Abdullayev |
– |
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
|
Novruz Məmmədov |
– |
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
|
Fatma Abdullazadə |
– |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
|
Elmira Süleymanova |
– |
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
|
Hüseynqulu Bağırov |
– |
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
|
Azad Rəhimov |
– |
Azərbaycan Respublikasının gənclər və idman naziri
|
Hicran Hüseynova |
– |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
|
Aslan Aslanov |
– |
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
|
Urxan Ələkbərov |
– |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
|
Samir Nuriyev |
– |
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
|
Zərifə Salahova |
– |
Azərbaycan Kitab Cəmiyyətinin sədri”.
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2015-ci il.
11 March 2015, 09:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...