Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankında üzvlüyü ilə bağlı bir sıra məsələlər və “Beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasının nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 856 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 557-IVQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:
1. İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, alternativ rəhbər isə Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilsinlər və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının avuarlarının (həmin bankın digər banklardakı hesablarında olan vəsaitlərin və digər aktivlərinin) Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankında üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını;
3.2. Azərbaycan Respublikasının “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi”ni təsdiq etməsi barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına məlumat verilməsini;
3.3. “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələlərin həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından alternativ rəhbər olan Azərbaycan Respublikası maliyyə nazirinin müavinini müəyyən etsin.
5. “Beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasının nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 856 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 88; 2009, № 5, maddə 320; 2010, № 2, maddə 80, № 7, maddə 620) aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, alternativ rəhbər isə Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilsinlər və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
4 February 2014, 14:02
10 December 2014, 10:12
H.E. Mr. Didier Burkhalter, President of the Swiss Confederation more...
10 December 2014, 10:12
H.E. Mr. Boni Yayi, President of the Republic of Benin more...
10 December 2014, 10:12
His Majesty Philippe, the King of Belgium more...
10 December 2014, 10:12
His Majesty Mohammed VI, the King of Morocco more...
10 December 2014, 10:12
H.E. Mr. Ollanta Humala Tasso, President of the Republic of Peru more...
10 December 2014, 10:12
H.E. Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
10 December 2014, 10:12
H.E. Mr. Joko Widodo, President-elect of the Republic of Indonesia more...
10 December 2014, 10:12
H.E. Mr. Xi Jinping, President of the People's Republic of China more...
10 December 2014, 10:12
H.E. Mr. Donald Tusk, President-elect of the Council of the European Union more...
10 December 2014, 09:12
His Holiness Ayatollah Seyid Ali Khamenei, Supreme Leader of the Islamic Republic of Iran more...