Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 974; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Göygöl Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.”.
2. 3.8-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin.
3. 3.8.1-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə, “nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq,” sözləri ilə əvəz edilsin.
4. 3.8.2-ci yarımbənddə “mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin” sözləri “sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan” sözləri ilə əvəz edilsin.
5. 3.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.8.3. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək;”.
6. 3.8.4-cü yarımbənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın.
7. 3.8.5-ci yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il.
16 December 2014, 09:126 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...