Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 913; 2013, № 7, maddə 847, № 8, maddə 983; 2014, № 11, maddə 1492; 2015, № 7, maddə 866; 2017, № 11, maddə 2097; 2019, № 11, maddə 1849; 2021, № 7, maddə 743) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilsin.”.

2. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1849; 2021, № 2, maddə 178, № 4, maddə 374, № 10, maddə 1136; 2022, № 1, maddə 48) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2023-cü il

13 January 2023, 08:01

http://www.azertag.az

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...