“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12 (I kitab), maddə 2513; 2019, № 5, maddə 809; 2020, № 4, maddə 384) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.0.8-1-ci maddə əlavə edilsin:

“1.0.8-1. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (bundan sonra – toplu) – qəbul edilmiş Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi aylıq rəsmi toplu;”.

2. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.2. Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan qanun və Azərbaycan Respublikası Prezidentinin fərmanlarının layihələri ilə yanaşı onların qəbul edilməsi ilə əlaqədar ləğv və dəyişikliklər edilməli və hazırlanmalı olan Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri də eyni zamanda təqdim olunmalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının (onların struktur elementlərinin) siyahısı müəyyən edilməlidir.”.

3. 19-cu maddə üzrə:

3.1. 19.1-ci maddədə “və onların icrası” sözləri “, Azərbaycan Respublikası Konstitusiyasının, referendum aktının, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının icrasını təmin etmək” sözləri ilə əvəz edilsin;

3.2. 19.4-cü maddədə “həmin aktın icrası” sözləri “bu Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən aktların icrasını təmin etmək” sözləri ilə əvəz edilsin.

4. 20-ci maddə üzrə:

4.1. 20.1-ci maddədə “aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə” sözləri “aktına, habelə Azərbaycan Respublikası Konstitusiyasından, referendum aktından, Azərbaycan Respublikası qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktına əsasən” sözləri ilə əvəz edilsin;

4.2. 20.4-cü maddədə “istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası” sözləri “qəbulu üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək” sözləri ilə əvəz edilsin.

5. 48-ci maddə üzrə:

5.1. 48.2.1-ci maddəyə “müşayiət məktubu” sözlərindən sonra “, normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda))” sözləri əlavə edilsin;

5.2. 48.3.4-cü maddədə “normativ hüquqi aktların” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 75.3-cü, 76.4-cü və 76.5-ci maddələr əlavə edilsin:

“75.3. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən zaman dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktın mətnində mötərizədə, dəyişiklik edilən normativ hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilir.”;

“76.4. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ləğv edilən zaman onların ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində mötərizədə ləğv edilən normativ hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilməklə verilir.

76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə uyğun olaraq ləğv edilən normativ hüquqi aktla yanaşı onun ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində göstərilən toplulara (külliyyatlara) uyğun olaraq ona əvvəllər edilmiş dəyişiklikləri nəzərdə tutan normativ hüquqi akt və ya onun müvafiq struktur elementi də ləğv edilmiş hesab edilir. Bu qayda bir neçə normativ hüquqi akta dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktlara münasibətdə də tətbiq edilir. Bu zaman onların adında və mətnində həmin dəyişikliyə dair müddəalar ləğv edilmiş hesab edilir.”.

7. 77-ci maddə ləğv edilsin.

8. 82.2-ci maddə üzrə:

8.1. birinci cümləyə ikinci halda “dərc edilməsi” sözlərindən sonra “, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi” sözləri əlavə edilsin;

8.2. ikinci cümləyə “edilməsini” sözündən sonra “və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini” sözləri əlavə edilsin.

9. 89-cu maddə üzrə:

9.1. “89.0.”, “89.0.1.”, “89.0.2.” və “89.0.3." rəqəmləri müvafiq olaraq “89.1.”, “89.1.1.”, “89.1.2.” və “89.1.3.” rəqəmləri ilə əvəz edilsin;

9.2. 89.1.2-ci maddəyə “Konstitusiyası” sözündən sonra “, bu Konstitusiya Qanunu” sözləri əlavə edilsin;

9.3. aşağıdakı məzmunda 89.2-ci maddə əlavə edilsin:

“89.2. Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə uyğun olaraq normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilir.”.

10. Bu Konstitusiya Qanununa 1 nömrəli Əlavə - “Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu”nun 13-cü və 14-cü maddələrində “normativ hüquqi aktların” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2021-ci il

22 November 2021, 07:11

http://www.azertag.az

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...