Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1224; 2009, № 4, maddə 222, № 12, maddə 988; 2012, № 2, maddə 83, № 5, maddə 429; 2016, № 3, maddə 466) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.3.5-ci və 2.4.4-cü yarımbəndlərə “Təşkilatlarına” sözündən sonra “məlumatlandırma,” sözü əlavə edilsin.
2. 2.4.8.1-ci, 2.4.8.4-cü və 2.4.8.5-ci yarımbəndlər ləğv edilsin.
3. 2.4.8.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.4.8.6. müsabiqəyə təqdim olunan layihələrlə bağlı müvafiq qərarlar qəbul edir;”.
4. 2.4.8.7-ci və 2.4.8.9-cu yarımbəndlər ləğv edilsin.
5. 2.4.11-ci yarımbəndə “hesabatını” sözündən sonra “dinləyir” sözü əlavə edilsin.
6. 2.4.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.4.12. icra olunan layihələrin monitorinqinin aparılmasına və qiymətləndirilməsinə dair Katibliyin hesabatlarına baxır;”.
7. 2.4.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.4.13. proqram və layihələrin həyata keçirilməsi üçün ayrılmış vəsaitdən qeyri-hökumət təşkilatlarının istifadə etməsi vəziyyəti barədə Katibliyin rüblük və illik hesabatlarına baxır;”.
8. Aşağıdakı məzmunda 2.4.13-1-ci yarımbənd əlavə edilsin:
“2.4.13-1. Katibliyin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir;”.
9. 4.2.6-cı və 4.2.8-ci yarımbəndlər ləğv edilsin.
10. 4.3-cü bənddə “öz vəzifələrini icra edə bilmədikdə” sözləri “müvəqqəti olmadıqda” sözləri ilə əvəz edilsin.
11. 4.4.1-ci yarımbənddən “iclaslarında iştirak etmək, iclasın” sözləri “iclasının” sözü ilə əvəz edilsin.
12. 4.5.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.5.2. Şuranın iclaslarında iştirak etməli və üzrsüz səbəbdən iclasları buraxmamalı;”.
13. 4.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.7. Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq mütəmadi keçirilir. İclaslar Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın gündəliyi və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın iclaslarında qəbul edilmiş qərarları iclasa sədrlik edən və katib imzalayırlar. Katib iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.”.
14. Aşağıdakı məzmunda 4.8.1-1 – 4.8.1-8-ci yarımbəndlər əlavə edilsin:
“4.8.1-1. Şuranın maliyyə yardımı müsabiqələri haqqında elanlar verir;
4.8.1-2. qeyri-hökumət təşkilatlarının Şuraya təqdim etdikləri layihələrin ekspertizasını aparır və bu məqsədlə ekspert qruplarının fəaliyyətini təmin edir;
4.8.1-3. Şuranın iclaslarında baxılacaq sənədlərin hazırlanması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və qeyri-hökumət təşkilatlarının mütəxəssislərindən ibarət ekspert qruplarının yaradılması və onların tərkibi barədə Şuraya təkliflər təqdim edir;
4.8.1-4. layihələrini Şuranın məqbul hesab etdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə şifahi müsahibə keçirir və nəticələri barədə Şuraya məlumat verir;
4.8.1-5. qeyri-hökumət təşkilatlarının iştirak etdikləri müsabiqələrin nəticələri barədə məlumatları dərc edir;
4.8.1-6. müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlayır;
4.8.1-7. Şuranın qərarı əsasında maliyyələşdirilən layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirir, icra olunan layihələrin monitorinqinin aparılmasını və qiymətləndirilməsini təmin edir və bu barədə Şuraya hesabat verir;
4.8.1-8. qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin nəticələrinə dair yekun aktını təsdiq edir və bu barədə Şuraya məlumat verir;”.
15. 4.8.4-cü yarımbənd ləğv edilsin.
16. Aşağıdakı məzmunda 4.8.7-2-ci və 4.8.7-3-cü yarımbəndlər əlavə edilsin:
“4.8.7-2. Şuranın tədbirlərini təşkil edir, o cümlədən Şuranın qəbul etdiyi qərarların icrası üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya və qeyri-kommersiya qurumları ilə müqavilələr bağlayır;
4.8.7-3. qeyri-hökumət təşkilatları haqqında elektron resurslar yaradır;”.
17. 4.9.1-ci yarımbəndə “edir” sözündən sonra “və Katiblik adından əmr və göstərişlər verir, müqavilələr imzalayır” sözləri əlavə edilsin.
18. Aşağıdakı məzmunda 4.9.1-1-ci yarımbənd əlavə edilsin:
“4.9.1-1. Katibliyin illik iş planını təsdiq edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2018-ci il.
21 Noyabr 2018, 08:1113 Noyabr 2014, 10:11
"Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 10:11
"Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 10:11
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında ətraflı...
13 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 5 noyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
51 saylı Qusar seçki dairəsi dairə seçki komissiyasının üzvü Cəlil Qeysəddin oğlu İbrahimovun səlahiyyətlərinə müvəqqəti olaraq xitam verilməsi barədə ətraflı...
13 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə ətraflı...
11 Noyabr 2014, 09:11
M.M.Həsənova və H.M.Məmmədova “Əməkdar mühəndis”fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...