"Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 142

Bakı şəhəri, 12 may 2014-cü il

"Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"nin təsdiq edilməsi haqqında

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

                               

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmişdir

Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri

 1. Ümumi müddəalar

1.1. Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri (bundan sonra - Qaydalar) "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin sahibkar tərəfindən ödənilməsi qaydalarını və müddətlərini müəyyən edir.

1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin əvəzinin sahibkar tərəfindən ödənilməsi (bundan sonra - xərclərin əvəzinin ödənilməsi) "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara əsasən həyata keçirilir.

 2. Xərclərin əvəzinin ödənilməsi

2.1. Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərinin dəyişilməz saxlanılması, daşınması, tədqiqinin (sınağının) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin məhsulun tədqiqi (sınağı) barədə yoxlayıcı orqanın qərarının nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir.

2.2. Əgər məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri məhsulun müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi sahibkar tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:

2.2.1. xərclərin yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədiyi;

2.2.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmənin olmadığı;

2.2.3. xərclərin yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara əməl edilmədən götürülməsi ilə əlaqədar çəkilmədiyi hallar.

2.3. Yoxlayıcı orqan götürülmüş məhsul nümunələrinin tədqiqinin (sınağının) nəticələri barədə protokolu aldıqdan sonra bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş halda xərclərin əvəzinin ödənilməsi haqqında 5 (beş) iş günü müddətində qərar qəbul edir. Qərar yoxlayıcı orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanaraq, 3 (üç) iş günü müddətində sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

2.4. Xərclərin əvəzinin ödənilməsi haqqında qərarda aşağıdakılar göstərilir:

2.4.1. qərarın nömrəsi və tarixi;

2.4.2. yoxlayıcı orqanın adı;

2.4.3. xərclərin əvəzini ödəməli olan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.4.4. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq, yoxlayıcı orqanın çəkdiyi xərclərlə bağlı sahibkar tərəfindən ödənilməli olan məbləğ;

2.4.5. xərclərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulan hesabın rekvizitləri;

2.4.6. yoxlayıcı orqanın rəhbərinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası.

2.5. Sahibkar qərarı aldığı vaxtdan 30 (otuz) gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürür.

2.6. Xərclərin əvəzi bu Qaydaların 2.5-ci bəndində göstərilən müddətdə ödənilmədikdə, yoxlayıcı orqan ödəmənin təmin edilməsi barədə sahibkara yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.7. Xəbərdarlığın verildiyi gündən sonrakı 10 (on) gün müddətində sahibkar tərəfindən ödəmə həyata keçirilmədikdə, yoxlayıcı orqan tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir.

2.8. Tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarının icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

2.9. Sahibkar xərclərin əvəzinin ödənilməsi və tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

 

4 İyun 2014, 13:06

http://cabmin.gov.az/

3551—3560 / 10511

1 İyun 2018, 09:06

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 50 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2018, 09:06

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2018, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2018, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2018, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 İyun 2018, 09:06

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

31 May 2018, 08:05

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 May 2018, 08:05

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

31 May 2018, 08:05

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1118-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

31 May 2018, 08:05

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...