Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin reallaşdırılması istiqamətində qarşıya qoyulmuş hədəflərdən biri Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, 2018-ci il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Kompleks ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon (on milyon iki yüz min) manatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2018-ci il.
7 Avqust 2018, 07:0815 May 2018, 08:05
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1075-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 May 2018, 08:05
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 May 2018, 08:05
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1081-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 May 2018, 08:05
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 May 2018, 08:05
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1080-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
E.İ.Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
F.Ş.Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
F.Ş.Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
H.Ş.Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 May 2018, 08:05
R.Ç.Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...