Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin reallaşdırılması istiqamətində qarşıya qoyulmuş hədəflərdən biri Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, 2018-ci il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Kompleks ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək, Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 10,2 milyon (on milyon iki yüz min) manatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2018-ci il.
7 Avqust 2018, 07:0824 Oktyabr 2019, 08:10
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Oktyabr 2019, 08:10
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
24 Oktyabr 2019, 08:10
A.A.Əli Zadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 Oktyabr 2019, 08:10
L.S.Duxovnayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Oktyabr 2019, 08:10
Q.Q.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Oktyabr 2019, 08:10
R.A.Qasımovun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
23 Oktyabr 2019, 08:10
H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
23 Oktyabr 2019, 08:10
Ş.A.Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Oktyabr 2019, 08:10
Ş.A.Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Oktyabr 2019, 08:10
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...