Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmizdə müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf edir. Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi yaradılmış, o cümlədən 264 yerlik “Qarabağ”, 342 yerlik “Qaşaltı” sanatoriyaları inşa olunmuş, 353 yerlik “Çinar” sanatoriyası yenidən qurulmuşdur.

Bununla yanaşı, şəhərdə bir sıra mühüm infrastruktur layihələri də yerinə yetirilmiş, Şəhər Mərkəzi Xəstəxanası, Əlillərin Bərpa Mərkəzi, Bayraq Meydanı tikilmiş, 1500 yerlik şəhər stadionu əsaslı təmir edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi məqsədi ilə qərara alıram:

1. Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2018-ci il.

6 İyun 2018, 08:06

http://www.azertag.az

10051—10060 / 10511

6 May 2014, 17:05

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.Ə.Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T. R. Mehdiyevin Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.R.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında   ətraflı...

5 May 2014, 09:05

N.N. Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

F.Ş. Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...