“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 121; 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1332; 2014, № 2, maddə 112) 2-ci hissəsinin ikinci abzasından “, alternativ və bərpa olunan enerji resurslarına münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

1 İyun 2018, 09:06

http://www.azertag.az

9871—9880 / 10511

25 İyun 2014, 09:06

Bir qrup dəniz nəqliyyatı işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2014, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2014, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

“Dənizçi günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin   ətraflı...