“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 492; 2007, № 11, maddə 1103; 2011, № 7, maddə 645; 2014, № 3, maddə 243) əlavə ─ “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə, 2.2-ci bəndin birinci cümləsində (hər iki halda) və 3.3-cü bənddə “dövlət” sözü “icra hakimiyyəti” sözləri ilə əvəz edilsin.
2. 2.3-cü bəndin birinci cümləsində “dövlət orqanları” sözləri “mərkəzi icra hakimiyyəti orqanları, habelə aidiyyəti üzrə digər dövlət orqanları, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlətin hüquqi şəxsləri)” sözləri ilə əvəz edilsin.
3. 2.5-ci bənddə “dövlət orqanına” sözləri “mərkəzi icra hakimiyyəti orqanına” sözləri ilə, “dövlət orqanı” sözləri (ikinci halda) “mərkəzi icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin və həmin bəndə “dövlət orqanları” sözlərindən sonra “və dövlətin hüquqi şəxsləri” sözləri əlavə edilsin.
4. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“2.6. Normativ hüquqi aktın layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən uzadılmanın səbəbləri və mümkün icra tarixi göstərilməklə, müddətin uzadılması haqqında yuxarı dövlət orqanına təklif verməlidir. Belə təklif tapşırığın icrasının başa çatma tarixindən 7 iş günü əvvəl təqdim olunmalıdır.”.
5. 2.6-1-ci bəndin birinci cümləsində “və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları” sözləri “, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri” sözləri ilə, “orqanlarla” sözü “dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə” sözləri ilə əvəz edilsin.
6. 2.7-ci bəndə “dövlət orqanının” sözlərindən sonra “və dövlətin hüquqi şəxsinin” sözləri əlavə edilsin.
7. 2.8-ci və 2.9-cu bəndlərə “dövlət orqanına” sözlərindən sonra “və dövlətin hüquqi şəxsinə” sözləri əlavə edilsin.
8. 2.9-1-ci bəndin birinci cümləsinə “dövlət orqanları” sözlərindən sonra “və dövlətin hüquqi şəxsləri” sözləri, ikinci cümləsinə “dövlət orqanlarına” sözlərindən sonra “və dövlətin hüquqi şəxslərinə” sözləri əlavə edilsin.
9. 2.9-2-ci bəndə “dövlət orqanları” sözlərindən sonra “və dövlətin hüquqi şəxsləri” sözləri əlavə edilsin.
10. 2.9-3-cü bəndin birinci cümləsinə “dövlət orqanları” sözlərindən sonra “və dövlətin hüquqi şəxsləri” sözləri, ikinci cümləsinə “dövlət orqanlarına” sözlərindən sonra “və dövlətin hüquqi şəxslərinə” sözləri əlavə edilsin.
11. 2.10.4-cü yarımbəndə “dövlət orqanı” sözlərindən sonra “və dövlətin hüquqi şəxsi” sözləri əlavə edilsin.
12. 2.12-ci bəndin birinci cümləsində “dövlət orqanı və ya qurumunun” sözləri “dövlət orqanının və ya dövlətin hüquqi şəxsinin” sözləri ilə əvəz edilsin.
13. 3.2-ci bənd üzrə:
13.1. birinci cümlədə “Dövlət” sözü “Mərkəzi icra hakimiyyəti” sözləri ilə, “dövlət” sözü “mərkəzi icra hakimiyyəti” sözləri ilə əvəz edilsin;
13.2. ikinci cümlədə “dövlət” sözü “mərkəzi icra hakimiyyəti” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 May 2018, 08:0514 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında ətraflı...
14 Fevral 2014, 08:02
“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Fevral 2014, 08:02
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...