“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1065-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1065-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi iləqərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 790) aşağıdakı məzmunda 2.1-1-ci, 2.1-2-ci və 2.1-3-cü bəndlər əlavə edilsin:
“2.1-1. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (hər iki halda) və 38.3.2-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.1-2. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları nəzərdə tutulur;
2.1-3. həmin Məcəllənin 38.3.1-ci (ikinci halda) və 38.3.2-ci (ikinci və üçüncü halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2018-ci il.
7 May 2018, 08:053 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...