Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475; 2003, № 6, maddə 290; 2010, № 1, maddə 8; 2011, № 10, maddə 890) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.1-ci bəndə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin.
2. 13-cü bənddə “İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri “Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2018-ci il.
20 Aprel 2018, 08:0424 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...