“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq göstərilən xidmətlərə görə xidmət haqqının məbləğini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (ikinci halda), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 35.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və üçüncü abzaslarında, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci və dördüncü cümlələrində, üçüncü hissəsinin ikinci cümləsində və beşinci hissəsində, 11-ci maddəsinin birinci və beşinci hissələrində, 14-cü maddəsinin altıncı hissəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və beşinci hissələrində, 21-ci maddəsinin birinci və beşinci hissələrinin birinci cümlələrində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 26-cı maddəsinin doqquzuncu hissəsində (əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar), 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, beşinci və on üçüncü hissələrinin birinci cümlələrində, 31-ci maddəsinin birinci hissəsinin birinci abzasında və 35.2-ci maddəsində “qurum” dedikdə “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur;
3.4. həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar kənd təsərrüfatı məhsullarına münasibətdə (qida məhsulları istisna olmaqla) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, qida məhsulları ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2018-ci il.
6 Aprel 2018, 08:048 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
8 Noyabr 2017, 09:11
Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
8 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
8 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
7 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
7 Noyabr 2017, 09:11
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun tətbiqi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
7 Noyabr 2017, 09:11
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
7 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında ətraflı...
7 Noyabr 2017, 09:11
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
7 Noyabr 2017, 09:11
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...