Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin icrası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Fondun 2013-cü il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir. Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditin nəticələrini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya Fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

 

Göstəricilər  : min manatla

Gəlirlər cəmi:  13 600 400,1

O cümlədən:

 

1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi,               müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu             layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)  13 108 016,4

2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən  akrhesabı ödənişlər    1 831,9

3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər  8 063,8

4.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar  1 850,1

5.Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər  480 559,5

6.Digər gəlirlər və daxilolmalar  78,4

 

Xərclər cəmi: 12 302 663,5

 o cümlədən:

 

1.Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi  299 990,2

2.Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə transfert  11 350 000,0

3.Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi  173 933,6

4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi  25 671,7

5.2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi  33 007,8

6.Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi   372 590,0

7.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər   47 470,2

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  22 may 2014-cü il.

23 May 2014, 09:05

http://www.azertag.net

10441—10450 / 10511

26 Dekabr 2013, 09:12

A.İ.Yusifova general-mayor hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

B.H.Eyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında   ətraflı...

24 Dekabr 2013, 09:12

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Dekabr 2013, 09:12

Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 818-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...