Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Abşeron rayonunda bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Uşaq-Gənclər Şahmat Məktəbi, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, iri sənaye və emal müəssisələri yaradılmış, 37 mindən çox iş yeri açılmış, rayonun bütün yaşayış məntəqələrini əhatə edən 7 avtomobil yolu yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 noyabr 2017-ci il.

17 Noyabr 2017, 09:11

http://www.azertag.net

10131—10140 / 10511

4 Aprel 2014, 08:04

Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

4 Aprel 2014, 08:04

A.S.Dzasoxovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 17:04

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 921-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

3 Aprel 2014, 17:04

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Aprel 2014, 17:04

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 920-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

3 Aprel 2014, 17:04

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 16:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 919-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 16:04

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Aprel 2014, 10:04

Səyahət sənədinin təsviri   ətraflı...

3 Aprel 2014, 10:04

Səyahət sənədinin nümunəsi   ətraflı...