“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2017-ci il.
3 Noyabr 2017, 05:11
24 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...