Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olan regional tarazlığın təmin edilməsi, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşdırılması, əhalinin yaşayış şəraitinin və sosial rifahının yüksəldilməsi ilə bağlı konkret hədəflərə istiqamətlənmiş məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Görülmüş tədbirlər çərçivəsində Bakı şəhərinin Pirallahı rayonunda da mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, o cümlədən “Pirallahı” Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə əhalinin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 (doqquz milyon beş yüz min) milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 (dörd milyon beş yüz min) milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni beş mərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2017-ci il.
2 Avqust 2017, 09:0831 May 2018, 08:05
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1119-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 May 2018, 08:05
F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 May 2018, 08:05
Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
E.H.Axundovaya “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 May 2018, 08:05
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam ətraflı...
24 May 2018, 08:05
Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
24 May 2018, 08:05
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...