“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 2-ci hissələrdə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissədə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra – Agentlik )” sözləri ilə əvəz edilsin;

1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. “Güzəştli mənzil” sistemi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq mənzillərin güzəştlə əldə edilməsi ilə bağlı aşağıdakıları təmin etməlidir:

4.1. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;

4.2. mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınmasını;

4.3. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;

4.4. mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

4.5. mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.”;

1.4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. “Güzəştli mənzil” sisteminin təşkilini və inkişafını Agentlik, fəaliyyətinin təmin olunmasını isə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.”;

1.5. 6-cı hissədə “Rabitə” sözü “Nəqliyyat, Rabitə” sözləri ilə əvəz edilsin;

1.6. 6.2-ci bənddə birinci halda “Cəmiyyətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin və ikinci halda “Cəmiyyətin” sözü çıxarılsın;

1.7. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Müəyyən edilsin ki:

8.1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydanın tələbləri həmin Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətlə satışa çıxarılan, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək mənzillərini vətəndaşlara həmin Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzillərə də şamil edilir;

8.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydaya əsasən mənzillərin əvəzləşdirilməsi halları istisna olmaqla, Agentliyin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsinə o şərtlə yol verilir ki, müvafiq müqavilədə mənzilin üç il müddətində özgəninkiləşdirilməsinə, həmin mənzilin kredit hesabına əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilməsinə, habelə üç il müddətində mənzilin icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulmuş olsun.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (onun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra – Agentlik), “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun” sözləri ilə əvəz edilsin;

2.3. 1.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.1. cəmiyyət – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorlar;”;

2.4. 1.2.2-ci yarımbənddən “cəmiyyətlə” sözü çıxarılsın;

2.5. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.3. bina – mənzilləri bu Qaydaya uyğun olaraq güzəştlə əldə edilən çoxmənzilli bina;”;

2.6. 2.4-cü bənddə “birbaşa cəmiyyətə” sözləri “Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə” sözləri ilə əvəz edilsin və “məsələyə” sözündən sonra “Agentlik tərəfindən” sözləri əlavə edilsin;

2.7. 3.2-ci bənddə “onun Müşahidə Şurası” sözləri “Agentlik (onun kollegial orqanı)” sözləri ilə əvəz edilsin;

2.8. 4.1-ci bənddə “cəmiyyətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;

2.9. 5.1-ci bənd ləğv edilsin;

2.10. 5.2-ci bənddə “müraciət” sözündən sonra “yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə” sözləri əlavə edilsin;

2.11. 5.3.8-ci yarımbənddə “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 8.2.20-ci yarımbəndinə əsasən, cəmiyyət” sözləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

2.12. 5.5-ci bəndin üçüncü cümləsində və 10.5-ci bənddə “cəmiyyətin” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 may 2017-ci il.

25 May 2017, 09:05

http://www.azertag.net

10501—10510 / 10511

30 Oktyabr 2013, 08:10

Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 İyul 2013, 09:07

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

5 İyul 2013, 09:07

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 İyul 2013, 09:07

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 İyun 2013, 09:06

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi ba   ətraflı...

25 İyun 2013, 09:06

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Dekabr 2012, 16:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezi   ətraflı...

26 Dekabr 2012, 14:12

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı   ətraflı...