Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.
Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.
Mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015 ci ildə Bakıda I Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio de Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medala layiq görülməsi ilə dövlət müstəqilliyimizin bərpasından sonra qazanılmış medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.
Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2017-ci il.
3 Mart 2017, 09:0313 Yanvar 2023, 08:01
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Yanvar 2023, 08:01
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Yanvar 2023, 08:01
Azərbaycan Respublikası Prezidentinin “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 fevral tarixli 1816 nömrəli və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2023, 08:01
Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 8 iyul tarixli 796 nömrəli və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2012-ci il 29 noyabr tarixli 758 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Yanvar 2023, 08:01
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Yanvar 2023, 08:01
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Yanvar 2023, 08:01
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Yanvar 2023, 08:01
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Yanvar 2023, 15:01
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Yanvar 2023, 15:01
Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...