"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 89
Bakı şəhəri, 19 mart 2014-cü il
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş (bundan sonra - müsadirə edilmiş), habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar yalnız aşağıdakı mallara və nəqliyyat vasitələrinə (bundan sonra ‑ mallar) şamil edilir:
1.2.1. müsadirə edilmiş mallara;
1.2.2. şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
1.3. Müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.
2. Malların qəbul edilməsi
2.1. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərtermi-nalkompleks" Birliyi tərəfindən (bundan sonra - Birlik) qəbul edilir.
2.2. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Birliyin müəyyən etdiyi anbarlara aşağıdakı sənədlər təqdim edilməklə yerləşdirilir:
2.2.1. mallar haqqında məlumatlar göstərilməklə, gömrük orqanının müraciəti;
2.2.2. malların müsadirə edilməsi haqqında məhkəmənin qüvvəyə minmiş qərarının surəti və ya gömrük orqanının mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərarının surəti.
2.3. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən, iki nüsxədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş "Malların anbara qəbul edilməsi haqqında Akt" tərtib olunur. Həmin akt malları təhvil verən gömrük orqanının vəzifəli şəxsi və Birliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və Birliyin möhürü ilə təsdiq edilir. Aktın bir nüsxəsi gömrük orqanının vəzifəli şəxsinə verilir.
2.4. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar anbara qəbul edilərkən qüsurlu olduqda, bu barədə qəbuletmə aktında müvafiq qeydlər aparılır.
2.5. Birlik anbara qəbul olunmuş malların uçotunu aparır.
3. Yekun müddəalar
3.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır.
3.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir.
"Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"na əlavə Malların anbara qəbul edilməsi haqqında AKT
"___"___________ 20_____il № ________
Aşağıda göstərilən müsadirə (dövlətin xeyrinə imtina) edilmiş mallar _____________________________________ anbarına təhvil verildi:
Təhvil verdi _______________________________ ____________ ___ (adı, soyadı, vəzifəsi) (imza və tarix)
Qəbul etdi _______________________________ ____________ ___ (adı, soyadı, vəzifəsi) (imza və tarix)
M.Y.
|
5 İyun 2014, 14:06
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
5 İyun 2014, 14:06
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 İyun 2014, 14:06
"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
5 İyun 2014, 14:06
"Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında ətraflı...
5 İyun 2014, 14:06
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 İyun 2014, 14:06
"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 İyun 2014, 09:06
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında ətraflı...
4 İyun 2014, 13:06
"Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
4 İyun 2014, 13:06
"Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"nin təsdiq edilməsi haqqında ətraflı...
4 İyun 2014, 13:06
"Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...