"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 88

Bakı şəhəri, 19 mart 2014-cü il

"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası NazirlərKabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi

QAYDALARI

1.  Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 330.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.

1.2. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı Azərbaycan Respublikasının "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunları ilə, tez xarab olan malların siyahısı isə bu Qaydalarla müəyyən edilir.

 2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi

2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və gömrük hərracının təşkilatçısının əməkdaşlarının daxil olduğu 5 (beş) nəfərdən ibarət hərrac komissiyası tərəfindən dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmaması barədə protokol tərtib edilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır.

2.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi üçün hərrac komissiyası tərəfindən müvafiq protokol tərtib edildiyi gündən 3 (üç) iş günü müddətində Komitəyə protokolun surəti əlavə edilməklə müraciət olunur. Müraciətdə dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmamasının səbəbləri göstərilməlidir.

2.3. Müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində Komitənin sədri və ya onu əvəz edən şəxs tərəfindən dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin tələblərinə müvafiq olaraq sərəncam verilir.

2.4. Mallar barəsində sərəncam verilməsi malların xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı formalarda həyata keçirilir:

2.4.1. əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə;

2.4.2. təkrar emal;

2.4.3. məhv etmə.

2.5. Hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.

2.6. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar, xüsusiyyətlərinə görə öz təyinatı üzrə istifadə edilməsi mümkün olmadıqda, Komitə tərəfindən belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə müqaviləyə əsasən verilir və həmin malların təkrar emalından əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülür. Komitə malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.

2.7. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.

2.8. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi yalnız bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilən ardıcıllıqla həyata keçirilməlidir.

 3. Mülki dövriyyədə olmasına yol verilməyən mallar barəsində sərəncam verilməsi

3.1. Mülki dövriyyədə olmasına yol verilməyən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.

3.2. Mülki dövriyyədə olmasına yol verilməyən malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. Saxlanc müddətinin son həddi keçmiş həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilir.

             4. Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar barəsində sərəncam verilməsi

4.1. Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 (üç) sutka müddətinə yerləşdiril-məlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.

4.2. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş müddətdə xüsusi icazəni gömrük orqanına təqdim etmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilir.

 5. Tez xarab olan mallar barəsində sərəncam verilməsi

5.1. Bu Qaydaların 6.7-ci bəndində nəzərdə tutulan mallar tez xarab olan mallara aiddirsə, həmin mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun olaraq sərəncam verilməsi saxlanc müddəti bitdiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində həyata keçirilir.

5.2. Tez xarab olan malların siyahısı bu Qaydaların əlavəsi ilə müəyyən edilir.

5.3. Tez xarab olan mallar xüsusi şəraiti olan yerlərdə saxlanıl-malıdır.

 6. Saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi

6.1. Mallar Gömrük Məcəlləsinin 183.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük anbarında saxlanc müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd edilən tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə uyğun olaraq sərəncam verilir.

6.2. Malların gömrük anbarında saxlanc müddətinin başa çatmasına ən geci 15 (on beş) gün qalmış saxlanc yerinin sahibi mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə bu barədə bildiriş təqdim edir. Həmin bildiriş mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə sənədin qəbulu barədə imzasını almaqla verilir. Bildirişdə malların gömrük anbarında saxlanc müddətinin başa çatmasının dəqiq tarixi göstərilməli və bu müddət başa çatdıqdan sonra malların başqa gömrük proseduru altında yerləşdirilməməsinin hüquqi nəticələri barədə Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə və bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə istinad edilməklə müvafiq izah verilir.

6.3. Malların gömrük anbarında saxlanc müddəti başa çatanadək, bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq məlumatlandırılmış mal barəsində səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan etmədikdə, saxlanc müddəti keçmiş mallar barəsində saxlanc yerinin sahibi həmin malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini rəsmiləşdirmiş gömrük orqanına kağız üzərində yazılı formada məlumat verir.

6.4. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdiril-məsini rəsmiləşdirmiş gömrük orqanı tərəfindən müvafiq məlumat daxil olduqdan dərhal sonra saxlanc müddətinin bitməsi faktını təsdiq edən 3 (üç) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi gömrük orqanında qalır, digər iki nüsxəsi isə mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə və saxlanc yerinin sahibinə təqdim edilir.

6.5. Bu Qaydaların 6.4-cü bəndində göstərilən akt tərtib edildiyi tarixdən 1 (bir) iş günü müddətində Komitəyə aktın surəti əlavə edilməklə müraciət olunur və Komitənin sədri və ya onu əvəz edən şəxs saxlanc müddəti keçmiş malların açıq gömrük hərraclarında satılması barədə qərar qəbul edir. Malların satılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.

6.6. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal sahibinin göstərdiyi bank hesabına 1 (bir) iş günü müddətində köçürülür. Gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

6.7. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, müvafiq olaraq dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

6.8. Bu Qaydaların 6.7-ci bəndi ilə müəyyən edilmiş müddətdə mallar müvafiq olaraq gömrük ərazisindən çıxarılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, gömrük orqanı tərəfindən saxlanc müddətinin bitməsi faktını təsdiq edən 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi gömrük orqanında qalır, digər nüsxəsi isə mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə təqdim edilir.

6.9. Bu Qaydaların 6.8-ci bəndində göstərilən akt tərtib edildiyi tarixdən 1 (bir) iş günü müddətində, tez xarab olan mallar barəsində isə dərhal Komitəyə aktın surəti əlavə edilməklə müraciət olunur və Komitənin sədri və ya onu əvəz edən şəxs saxlanc müddəti keçmiş mallar barəsində bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin tələblərinə əsasən sərəncam verir.


 

"Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"na əlavə

Tez xarab olan malların

SİYAHISI

1. Canlı flora növləri.

2. Ət və ət məhsulları, quş əti və quş əti məhsulları (o cümlədən, vurulmuş ov heyvanları və quşları) və heyvan piyləri, endokrin xammalı.

3. Diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş, duza və ya marinada qoyulmuş balıqlar, xərçənglər, molyusklar və digər dəniz məhsulları, balıq məmulatları, kürü.

4. İnkubasiya üçün yumurta, heyvan sperması, embrionlar.

5. Süd və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik, turş süd məhsulları və s.), müxtəlif pendir növləri, dondurma, kərə yağı, əridilmiş kərə yağı.

6. Qida üçün yumurta və melanj.

7. Marqarin, kompaund-piy, qənnadı, kulinariya və digər piylər.

8. Təzə və dondurulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) meyvələr və giləmeyvələr, şirə konsentratları, püre.

9. Təzə, dondurulmuş, duza qoyulmuş, turşudulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) tərəvəzlər və göbələklər, badımcan, yerkökü, artişok, paxlalı tərəvəzlər, yunan qabağı, təzə bibər, xiyar, pomidor, bütün növ kələm, kartof, soğan, çuğundur, turp, təzə göbələklər, tərəvəz povidlosu və püresi, müxtəlif göyərtilər.

10. Dondurulmuş qida məhsulları və yarımfabrikatlar.

11. Çörəkbişirmə üçün preslənmiş mayalar.

12. Şokolad məhsulları (yay aylarında).

13. Çörək və çörək-bulka məmulatları.

14. Körpələr və azyaşlı uşaqlar üçün xüsusi hazırlanmış qida məhsulları: maye halında ana südünün əvəzediciləri, meyvə və tərəvəz püreləri, meyvə və tərəvəz şirələri, ət püreləri, turş süd məhsulları, kəsmik və digər hazır yeməklər.

15. Qan və qan komponentləri, insan orqanları və toxumaları, analizlərin aparılması üçün testlər, diaqnostikumlar və standart məhlullar.

16. Normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar.

4 Aprel 2014, 10:04

http://cabmin.gov.az/

81—90 / 10511

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 21 may tarixli 920 nömrəli, “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli 1255 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

20 Fevral 2023, 14:02

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

15 Fevral 2023, 15:02

N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 15:02

Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

15 Fevral 2023, 07:02

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2023, 11:02

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Fevral 2023, 11:02

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...