Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasın Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, № 8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673; №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14, №2, maddə 102, №4 maddə 364, №5, maddələr 459, 479, 481, №6, maddələr 594, 600, №11, maddələr 1264, 1286, 1312, №12, maddə 1492; Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 872-IVQD nömrəli və 878-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.114-cü maddə üzrə:

1.1.114.1-ci maddənin sanksiyasında “dörd ildən səkkiz” sözləri “səkkiz ildən on iki” sözləri ilə əvəz edilsin;

1.2. 114.2-ci maddənin sanksiyasında “səkkiz” sözü “doqquz” sözü ilə əvəz edilsin;

1.3. 114.3-cü maddənin sanksiyasında “üç ildən səkkiz” sözləri “beş ildən on bir” sözləri ilə əvəz edilsin.

2.214-cü maddə üzrə:

2.1.214.1-ci maddənin sanksiyasında “səkkiz” sözü “on” sözü ilə əvəz edilsin;

2.2.Aşağıdakı məzmunda 214.2.5-ci maddə əlavə edilsin:

“214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə -”;

2.3.214.2-ci maddənin sanksiyasında “on ildən” sözləri “on iki ildən” sözləri ilə əvəz edilsin.

3.214-1-ci maddə üzrə:

3.1.dispozisiyada “214,” rəqəmlərindən sonra “214-2, 214-3,” rəqəmləri əlavə edilsin, “və 282-ci” sözləri “, 282 və 283-1-ci” sözləri ilə əvəz edilsin;

3.2.sanksiyada “səkkiz ildən on iki” sözləri “on ildən on dörd” sözləri ilə əvəz edilsin;

3.3.“Qeyd” hissəsinin 2-ci bəndindən “bu cür” sözləri çıxarılsın.

4.Aşağıdakı məzmunda 214-2-ci maddə əlavə edilsin:

“Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar

Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

5.Aşağıdakı məzmunda 214-3-cü maddə əlavə edilsin:

“Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə

214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma -

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya keçirmə -

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.

6.283.1-ci maddədə “və ya kütləvi” sözləri “, o cümlədən kütləvi” sözləri ilə əvəz edilsin.

7.Aşağıdakı məzmunda 283-1-ci maddə əlavə edilsin:

“Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma

283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə –

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə -

on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə –

yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

283-1.4. Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 mart 2014-cü il.

3 Aprel 2014, 16:04

http://www.azertag.net

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...